Böyük Britaniyanın Mərkəzi Bankı Kral Çarlzın təsviri olan yeni əskinasların dizaynını ictimaiyyətə təqdim edib.

"Unikal" xəbər verir ki, 5, 10, 20 və 50 sterlinq əskinaslarda yeganə dəyişiklik kralın şəkli olacaq. Hazırkı əskinaslarda sentyabr ayında vəfat edən Kraliça Elizabetin fotosu əks olunub.