"Kremlin Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona gəlişindən müsbət gözləntiləri yoxdur".
"Unikal" xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, həmçinin ABŞ-ın Ukraynaya verəcəyi silahlardan danışıb.
"Silahların tədarükü davam edir, verilən silahların çeşidi genişlənir. Bütün bunlar, şübhəsiz ki, münaqişənin kəskinləşməsinə gətirib çıxarır və Ukrayna üçün yaxşı heç nə vəd etmir”, - Peskov bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Co Bayden dekabrın 21-də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə cəbhədəki strateji vəziyyəti, Qərb dövlətlərinin Kiyevə yardımını, həmçinin Rusiyaya qarşı sanksiyaları və ixraca nəzarət tədbirlərini müzakirə edəcək.
Gülayə Mecid