Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus 2023-cü ildə COVID-19 və meymunçiçəyi üçün pandemiya statusunun ləğvinə ümid etdiyini bildirib.
"Unikal" xəbər verir ki, ÜST rəhbəri bildirib ki, bu fövqəladə halların hər biri gələn ilin müxtəlif vaxtlarında elan olunacaq.
O əlavə edib ki, təşkilata üzv olan bütün ölkələrin səyləri nəticəsində koronavirus infeksiyasından ölüm hallarını 90% azaltmaq mümkün olub.
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, dünyada COVID-19-un yayılması ilə bağlı vəziyyətlə əlaqədar 2023-cü ildə fövqəladə vəziyyət ləğv edilə bilər.
Qebreyesusun sözlərinə görə, bir il əvvəl koronavirusun “omikron” ştammı aşkar edildikdə, COVID-19 həftədə 50.000 insanın həyatına son qoydu. Eyni zamanda, son bir həftə ərzində 10 min insan koronavirusdan dünyasını dəyişib.