"Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri nə onun, nə də Amerika rəhbərliyinin sülh istəmədiyini və buna hazır olmadığını nümayiş etdirib".
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
“Zelenskinin bura səfəri, Vaşinqtondakı danışıqlar göstərdi ki, nə ABŞ administrasiyası, nə də Zelenski sülhə hazır deyil”, - diplomat bildirib.
Onun sözlərinə görə, Ukrayna və ABŞ münaqişəyə, əsgərlərin ölümünə və “Ukrayna rejimini daha da Vaşinqtonun ehtiyaclarına bağlamağa” yönəlib.
Antonov Amerika mediasında Rusiyanın guya sülhün əldə olunmasında maraqlı olmadığı barədə tezislərə də münasibət bildirib. O qeyd edib ki, bu tezislər “yalandır”.
O əlavə edib ki, Rusiya Federasiyasının mövqeyi prezident Vladimir Putin tərəfindən dəfələrlə səsləndirilib.
Qeyd edək ki, dekabrın 21-də Zelenski ABŞ-a rəsmi səfərə gəlib.
Gülayə Mecid