Yanvar ayından bəri bu günə kimi dünyada bir çox tarixi hadisələrin şahidi olduq. Bunların arasında fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlaması, İngiltərə kraliçası II Yelizavetanın 96 yaşında vəfat etməsi, Türkiyə, Ukrayna, Rusiya və BMT arasında taxıl daşınması müqaviləsi və b. hadisələr yer alıb.
"Unikal" 2022-ci ildə dünyanın ən maraqlı hadisələri təqdim edir:
3 yanvar
ABŞ texnologiya nəhəngi "Apple" "birjada dəyəri 3 trilyon dolları keçən ilk şirkət" olub.
11 yanvar
ABŞ-ın Merilend ştatında xəstəxanada 57 yaşlı David Bennettə donuz ürəyi köçürülüb. O dünyada ilkə imza atan yeganə şəxs olub. Lakin Bennett martın 9-da vəfat edib.
13 yanvar
ABŞ-da aparılan araşdırmalara görə, son 7 il 1850-ci illərdən bəri dünyanın ən isti illəri kimi qeydə alınıb. Qərbi Avstraliyanın Pilbara bölgəsindəki Onslou qəsəbəsində son 62 ilin ən yüksək temperaturu 50,7 dərəcə ilə qeydə alınıb.
24 yanvar
ABŞ Aerokosmik Agentliyi (NASA) tərəfindən 25 dekabr 2021-ci ildə orbitə buraxılan "James Webb Kosmik" Teleskopu orbitə yerləşdirilib.
27 yanvar
ABŞ-da ilk dəfə robot insan köməyi olmadan əməliyyat keçirib.
1 fevral
Azərbaycan Milli Məclisi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsini qəbul edib.
8 fevral
Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) iş adamı Halil Falyalı silahlı hücum nəticəsində dünyasını dəyişib.
16 fevral
Braziliyanın Rio-de-Janeyro əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 232 nəfər ölüb.
21 fevral
Rusiya prezidenti Putin Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma hakimiyyətinin tanınması haqqında fərman imzalayıb.
Xüsusilə NATO, İrlandiya, Almaniya, Türkiyə, Gürcüstan, İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Avstraliya, Cənubi Koreya, Hollandiya, Yunanıstan, Balkan ölkələri, İsveç, Macarıstan, Moldova, Avropa Birliyi (AB) ölkələri bu qərara reaksiya verib. Bir çox ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
24 fevral
Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.
25 fevral
Ukrayna prezidenti Vladimir Zelenski ölkə ərazisində ümumi səfərbərlik elan edilməsi haqqında fərman imzalayıb.
21 mart
Çində, içərisində 132 nəfər olan "China Eastern Airlines" şirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi Quanqsi əyalətinin dağlıq bölgəsində qəzaya uğrayıb. Qəzadan sağ qalan olmayıb.
22 mart
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Putin ölkələri üçün “ekzistensial təhlükə” görsələr, nüvə silahına əl atacaqlar. Kremlin bu bəyanatından sonra Rusiya və ABŞ blokları arasında nüvə müharibəsi riski soyuq müharibə illərindən bəri ən yüksək həddə çatıb.
1 aprel
Roma Papası Fransisk Kanadada Katolik Kilsəsinə bağlı internat məktəblərində yerli uşaqlara qarşı keçmiş fiziki və cinsi istismara görə üzr istəyib.
4 aprel
Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla-nın baş direktoru İlon Mask sosial media nəhəngi "Twitter"də "passiv səhmlərin" 9,2 faizini alıb. Bu alışla başlayan proses Maskın ay sonra bütün platformanı 44 milyard dollara satın alması ilə nəticələnib.
10 aprel
Fransada keçirilən prezident seçkilərində 12 namizəddən heç biri birinci turda tələb olunan 50 faiz mütləq səs çoxluğunu qazana bilməyib.
Birinci turda birinci olan prezident Emmanuel Makron və ikinci olan Marin Le Pen aprelin 24-də keçirilən ikinci turda mübarizə aparıb. Prezident Makron 58,54 faiz, Le Pen isə 41,46 faiz səs toplayıb.
12 aprel
Dünyada Kovid-19-a yoluxanların sayı 500 milyonu ötüb.
8 may
Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi ərizə məktublarını NATO-nun baş katibi Yens Stoltenberqə təqdim ediblər. Uzun illər NATO üzvlüyünə qarşı çıxan iki ölkə Rusiyanın Ukraynaya hücumundan sonra bu addımı atıb.
19 may
Tarixinin ən pis iqtisadi böhranı ilə mübarizə aparan Şri-Lanka ilk dəfə borcunu ödəyə bilməyib. Şri-Lanka hökuməti bir neçə gün sonra ölkədəki kütləvi etirazlara görə istefa verib.
31 may
Avropa İttifaqı (Aİ) ölkələri ilin sonuna qədər Rusiyadan idxal olunan neftin həcmini təxminən 90 faiz azaltmağa razılaşıb.
1 iyun
Türkiyənin tələbindən sonra Birləşmiş Millətlər Təşkilatı xarici dillərdə “Türkiye” kimi istifadə edilən ölkənin adını “Türkiyə” olaraq dəyişdirib.
22 iyun
Əfqanıstanın Paktika əyalətində baş verən 5,9 bal gücündə zəlzələdə 1150 nəfər həyatını itirib.
24 iyun
ABŞ Ali Məhkəməsi bütün ölkə üzrə abort hüququnu konstitusiya ilə təmin edən 1973-cü ildə qəbul edilmiş "Roe-Wade qərarını" ləğv edib.
28 iyun
Türkiyə, İsveç və Finlandiya arasında İsveç və Finlandiyanın NATO-ya üzvlük proseslərinə dair üçtərəfli memorandum üç ölkənin liderlərinin iştirakı ilə imzalanıb.
7 iyul
Böyük Britaniyanın baş naziri Boris Conson hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib.
8 iyul
Yaponiyanın Nara şəhərində keçirilən tədbir zamanı güllələnən və ağır yaralanan Yaponiyanın keçmiş baş naziri Abe Şinzo dünyasını dəyişib.
12 iyul
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Covid-19 epidemiyasını “qlobal fövqəladə hal” kimi təsvir etməyə davam etmək qərarına gəlib.
22 iyul
Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğana Qara dəniz vasitəsilə taxıl ixracı və ərzaq məsələlərində vasitəçilik səylərinə görə təşəkkür edib. İyulun 22-dən taxıl dəhlizinin rəsmi açılışı olub.
21 iyul
İtaliyanın baş naziri Mario Draqi istefa ərizəsini təqdim edib.
23 iyul
ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) meymun epidemiyasını Beynəlxalq İctimai Səhiyyə Fövqəladə Vəziyyəti elan edib.
29 iyul
Avropada ilk ölüm İspaniyada, meymunçiçəyi virusundan ilk insan ölümü ilə qeydə alınıb.
2 avqust
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi və onu müşayiət edən Konqres nümayəndə heyətini daşıyan təyyarə Tayvana çatıb.
Bu səfər ABŞ-dan Çinə son 25 ildə ən yüksək səviyyəli səfər olub. Adanı öz ərazisinin bir parçası kimi görən Çin səfərdən sonra real silah və sursatlardan istifadə edərək adanın ətrafında hərbi təlimlər təşkil edib.
4 avqust
29 iyun 2022-ci il dünyanın indiyədək ən qısa günü kimi qeydə alınıb.
17 avqust
Türkiyə və İsrail qarşılıqlı olaraq səfir təyin etmək qərarına gəliblər.
22 avqust
Astronomların rəhbərlik etdiyi araşdırmada indiyə qədər müşahidə edilən ən böyük qara dəlik reaktivi kəşf edilib.
23 avqust
Avropa İttifaqı (Aİ) Komissiyasının Birgə Araşdırmalar Mərkəzinin ekspertləri Avropada son 500 ilin ən quraq dövrünün yaşandığını bildiriblər.
30 avqust
Keçmiş Sovet İttifaqının sonuncu prezidenti Mixail Qorbaçov vəfat edib.
8 sentyabr
İngiltərə kraliçası II Yelizaveta 96 yaşında vəfat edib. Elizabetin ölümündən sonra onun 73 yaşlı oğlu Çarlz taxta çıxıb və İngiltərə kralı olub.
16 sentyabr
Sentyabrın 13-də İranın paytaxtı Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrul qrupları tərəfindən nəzarətə götürülən 22 yaşlı Məhsa Əmininin ölümü ölkədə etirazla qarşılanıb.
27 sentyabr
Ukraynada rusiyapərəst separatçıların nəzarətində olan qondarma Donetsk və Luqansk Xalq Respublikalarında, Rusiya ordusunun ələ keçirdiyi Xerson və Zaporojya vilayətlərində keçirilən referendumlarda “Rusiyaya qoşulma” qərarı verilib.
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin bu regionların Rusiyaya birləşdirilməsi haqqında sazişləri imzalayıb. Lakin Avropa İttifaqı və NATO referendumu tanımadıqlarını bəyan ediblər.
1 oktyabr
İndoneziyada futbol matçı zamanı polisin davanı dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində yaranan izdihamda 133 nəfər həlak olub.
3 oktyabr
2022-ci il tibb üzrə Nobel mükafatı insan təkamülü üzərində işləyən 67 yaşlı isveçli alim Svante Paaboya verilib.
24 oktyabr
İngiltərədə hakim Mühafizəkarlar Partiyasının liderlik yarışında qalib gələn Rişi Sunak ölkənin yeni baş naziri olub.
Sunak oktyabrın 20-də partiya lideri vəzifəsindən istefa verən Liz Trassı əvəz etmək üçün mübarizə aparıb. Sunak 1980-ci ildə Sauthemptonda anadan olub, 1960-cı illərdə Şərqi Afrikadan İngiltərəyə köçmüş hindli bir ailənin üç uşağının ən böyüyü olub. Trass 45 günlük hakimiyyətlə ölkədə ən qısa müddətə lider olub.
29 oktyabr
Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Hellouin tədbirlərində yaranan izdihamda 156 nəfər ölüb.
İzdiham Seulun əyləncə mərkəzlərindən biri olan İtaevon rayonunda baş verib. Dar bir küçədə üst-üstə yığılaraq yol kənarındakı səhiyyə işçiləri tərəfindən ürək masajı ilə həyata qaytarılmağa çalışan insanların görüntüləri dünya gündəminə çevrilib. Həyatını itirənlərdən bəzilərinə qəfil ürək dayanması diaqnozu qoyulub.
1 noyabr
"Tesla" və "SpaceX"in baş direktoru İlon Mask satın aldığı "Twitter"in idarə heyətini ləğv edərək özünü “yeganə direktor” elan edib.
14 noyabr
ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpin G20 Sammiti üçün getdikləri İndoneziyanın Bali adasında üz-üzə görüşüblər.
Görüş iki liderin Baydenin 2021-ci ilin yanvarında vəzifəyə başlamasından sonra ilk təkbətək görüşü olub. ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Xi Jinping G20 Sammiti üçün getdikləri İndoneziyanın Bali adasında üz-üzə görüşüblər.
15 noyabr
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) məlumatına görə, 15 noyabr tarixinə dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb.
UNFPA-nın dərc etdiyi hesabata görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı təxmin edilir.
7 dekabr
Almaniyada dövlət çevrilişi planlaşdıran qruplaşmaya qarşı keçirilən əməliyyat zamanı nəzarətə alınan 25 nəfərdən 8-i həbs edilib.
Bir çox ştatda həyata keçirilən reydlərdə “terror təşkilatına üzv olmaq və ya dəstək vermək” ittihamı ilə həbs qərarı çıxarılıb. Əsir düşənlər arasında keçmiş hərbçilər də olub.
7 dekabr
Peruda prezident Pedro Kastillo hökuməti devirməyə cəhddə ittiham etdiyi Konqresi buraxmaq qərarından sonra saxlanılıb.
Pedro Kastilyonun Konqres tərəfindən “daimi əxlaqi səriştəsizlik” ittihamı ilə vəzifəsindən azad edilməsindən sonra vitse-prezident Dina Boluarte ölkənin ilk qadın prezidenti kimi vəzifəyə başlayıb. Ölkədə hökumət əleyhinə nümayişlər keçirilib.
18 dekabr
Argentina 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.
Hazırladı: Gülayə Mecid