Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Meteorologiya Seysmologiya Mərkəzi bürosunun verdiyi məlumata görə, episentri Tayvan adasının cənub-şərq sahilində yerləşən Taitung şəhərindən 28,8 kilometr aralıda olan zəlzələ dəniz dibinin 7,2 kilometr dərinliyində qeydə alınıb.
5,2 bal gücündə zəlzələ Taytunqda, eləcə də ölkənin cənubundakı Kaosyunq şəhərində və ətraflarında hiss olunub.
Zəlzələ nəticəsində insan tələfatı və maddi tələfat barədə hələlik məlumat verilməyib.