Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresində çıxış edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, amerikalılara Rusiya hücumunun dəf edilməsində ölkələrinə göstərdikləri böyük köməyə görə təşəkkür edib.
“Bütün çətinliklərə və tutqun ssenarilərə baxmayaraq, Ukrayna yıxılmayıb, Ukrayna diri və zərərsizdir", - o, ifadə edib.
Zelenski, ABŞ-ı dəstəyi dayandırmamağa çağıraraq, Ukraynanın silah və sursat tədarükünə ehtiyac olduğunu qeyd edib.
“Rusiya soyqırım siyasətində özünə şərik tapıb. O, İrandır. Rusiyanın yüzlərlə aldığı İran dronları kritik infrastrukturumuz üçün təhlükəyə çevrilib. Beləliklə, terrorçulardan biri azad dünyaya qarşı mübarizə aparmaq üçün digərini tapıb”, - deyə Zelenski bildirib.
Çıxışın sonunda Ukrayna Prezidenti Baxmutun müdafiəsinin ön xəttində döyüşən Ukrayna əsgərlərinin imzası olan Ukrayna bayrağını Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə təqdim edib.
Gülayə Mecid