“Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək”.
"Unikal" xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq keçirilməsi planlaşdırılan aksiya ilə bağlı açıqlamasında bildirib.
Ehsan Zahidov deyib ki, kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır: “Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək”.