Gəncədə sərnişin avtobusu aşıb.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərinin şərq çıxışında qeydə alınıb. Hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə şəhər baş polis idarəsinə şəhər ərazisində şəhər daxili sərnişin daşıma ilə məşğul olan avtobuslarından birinin aşması ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək avtobusda olan sərnişinlərin çıxarılmasında və digər zəruri araşdırmalar aparılmasında iştirak ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktıa bağlı araşdırma aparılır.
Tural Əhmədov