Rusiya prezidenti Vladimir Putin “Patriot” hava hücumundan müdafiə sisteminin “köhnəldiyini” bildirib.

"Unikal" xəbər verir ki , bu barədə o, jurnalistlərə bildirib .

O əlavə edib ki, bu sistemlər “S-300-dən daha pisdir” və “Patriota qarşı antidot var”. Onun fikrincə, bu sistemlərin Ukraynaya tədarükü “Ukraynadakı münaqişəni süründürəcək”.

Bundan əvvəl Vaşinqtonun Kiyevə hərbi yardımı davam etdirəcəyi bildirilirdi. Amerika prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə Vaşinqtonda keçirdiyi görüşdə qeyd edib ki, söhbət xüsusilə ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsindən gedir.

Amerika lideri qeyd edib ki, həm demokratlar, həm də respublikaçılar Kiyevi dəstəkləyir.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Ukraynaya yeni yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri daxil olacaq. Ümumilikdə 1,85 milyard dolların ayrılacağı bildirilir.Yeni paketə “Patriot” hava hücumundan müdafiə sistemindən əlavə, döyüş təyyarələri üçün yüksək dəqiqlikli raketlər də daxil olacaq.

Gültəkin