"Rusiya NATO ölkələri tərəfindən Ukraynaya verilən demək olar ki, bütün Sovet istehsalı olan hərbi texnikanı “nokaut edib”.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin NATO-nun silah sistemlərinə keçməsi asan olmayacaq.

Sovet istehsalı olan silahlar tükənmək üzrədir. NATO-nun yeni silah sistemlərinə keçmək asan deyil. Ukrayna hərbi-sənaye kompleksi sürətlə son həddinə doğru irəliləyir. Tezliklə öz bazaları belə, qalmayacaq, amma bizim bazamız isə yalnız böyüyür ”, - deyə Rusiya prezidenti bildirib.

Gültəkin