"Bütün silahlı münaqişələr danışıqlarla yekunlaşır və bu Kiyevə nə qədər tez aydınlaşsa, bir o qədər yaxşıdır".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Dövlət Şurasının iclasından sonra mətbuata açıqlamasında deyib.
“Bütün münaqişələr bu və ya digər şəkildə danışıqlarla başa çatır. Biz bundan heç vaxt vaz keçməmişik. Ukraynanın bu rəhbərliyi danışıqlar aparmağı özünə qadağa qoyub. Qeyri-adi görünür, hətta deyərdim ki, çox qəribə. Bizə qarşı çıxanlara bu anlayış nə qədər tez gəlsə, bir o qədər yaxşıdır” - Putin bildirib.
Bir gün əvvəl ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib ki, Ağ Ev hələlik Ukraynadakı münaqişəni diplomatiya yolu ilə “ədalətli şərtlərlə” bitirmək imkanını görmür.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Ukraynada sülh danışıqlarının yaxın gələcəkdə mümkün olmadığını bildirib .