Özbəkistan və Qazaxıstan prezidentləri Şavkat Mirziyoyev və Kasım-Jomart Tokayev sərhədin demarkasiyası haqqında saziş imzalayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti xəbər verib.
Qeyd edək ki, iki respublika arasında ümumi sərhədlərin uzunluğu təqribən 2,1 min kilometrdir. Onun dəqiq müəyyənləşdirilməsi ilə bağlı danışıqlar 2003-cü ildə başlayıb, lakin vaxtaşırı pozulub.
Bundan başqa, görüşü Daşkənddə baş tutan dövlət başçıları müttəfiqlik münasibətləri haqqında saziş imzalayıblar. Onlar hər iki sənədi “tarixi sıçrayış” kimi qiymətləndiriblər.
Xatırladaq ki, Tokayev bir gün əvvəl, dekabrın 21-də Özbəkistana rəsmi səfərə gəlib. Onunla birlikdə Qazaxıstan hökumətinin üzvləri və iri şirkətlərin nümayəndələri də ölkəyə səfər ediblər. Onlar özbəkistanlı həmkarları ilə iki ölkə arasında iqtisadi əməkdaşlığa dair 15-ə yaxın müqavilə imzalayıblar.