Sumqayıt Dövlət Universitetinin yaranmasının 60 illiyi münasibətilə Azərbaycan Tələbə Futbol Federasiyasının ali təhsil müəssisələri arasında təşkil etdiyi mini-futbol turnirinin qalibi olan ASAPES komandasının məqşçi və oyunçu heyəti bu gün akademiyanın rəhbərliyi tərəfindən mükafatlandırılıb.

"Unikal" xəbər verir ki, ASAPES-in İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov futbolçuları təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.