Qaradağ rayonu, Lökbatan qəsəbəsində 50 Şəhid ailəsinin yaşadığı, ümumilikdə isə 160 ailənin yaşadığı Bünyadzadə küçəsi, ev 1, 1a və 1b ünvanında, yeni “Abad məhəllə”nin açılışı olub.
"Unikal" xəbər verir ki, açılışı olmuş abad məhəllədə şəhid və qazi ailələriin asudə vaxtlarının keçirilməsi məqsədi ilə 170 kv.m suvaq, 5100 kv.m emusiya, 700 kv.m tamet, 740 kv.m bardur işləri görülmüşdür. 200 ədəd mövsümi çiçək, 2 ədəd söhbətgah, 1 komplekt uşaqlar üçün sürüşkan və yelləncək, 7 ədəd küçə işığı quraşdırılmışdır. 60 ədəd həmişəyaşıl ağac əkilmiş, 600 kv.m qazon salınmışdır.
Həmçinin, 1700 kv.m asfaltlanma işləri görülmüş və nişanlanma xətti üçün 600 m boya çəkilmişdir.