Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun avtomobilinə zərər dəyib.
"Unikal" xəbər verir ki, bu barədə o özü məlumat verib.
"Bu mənim avtomobilimdir. 18.12.2022-ci il tarixdə gecə saatlarinda şəhərin mərkəzində bu hala düşüb. Nəsimi rayonu 22-ci polis bölməsinin əməkdaşları gəldi və cavabları bu oldu ki, maşını it dişləyib bu hala salıb. Avtomobilə 950 azn zərər dəyib", - deyə E.Hüseynov qeyd edib.