Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
"Unikal" xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 təminat maşını Laçından Xankəndi istiqamətinə keçib.
Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
Qeyd edək ki, gün ərzində aksiya keçirilən ərazidən ümumilikdə hər iki istiqamətə 11 avtomobil keçib.