Cənubi Koreya prezidenti Yun Seok Yeol ölkənin keçmiş yüksək vəzifəli məmurlarını, o cümlədən eks-prezident Li Myonq-bak əfv edib.
"Unikal" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
"Ümid edirəm ki, bu əfvlər milli gücümüzü birləşdirməyə xidmət edəcək", - prezident bildirib.
Qeyd olunur ki, Cənubi Koreyanın əfv olunan keçmiş məmurlarının siyahısına rüşvətxorluq və mənimsəmə ittihamı ilə 17 il həbs cəzası çəkən eks-prezident Li Myung-bak da var.
Bu əfv sayəsində keçmiş dövlət başçısı 15 ilə yaxın həbs cəzasının qalan hissəsini çəkməli və 48 milyon ABŞ dolları məbləğində cərimə ödəməli olmayacaq.
Ümumilikdə əfv olunanlar siyahısında müxtəlif siyasi partiyaların deputatları da daxil olmaqla 1373 nəfər var.