Dardanel boğazında qatı duman səbəbi ilə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda və Mərmərə dənizində 3-cü gündür ki, güclü duman müşahidə olunur.

Bildirilir ki, yanvarın 6-dək İstanbul bölgəsində hava şəraiti yaxşılaşacaq.