Qazaxıstanın Janatas şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

"Unikal" xəbər verir ki, bu barədə Jambil vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, şəhərdə fövqəladə vəziyyət güclü külək elektrik xətlərini zədələdiyinə görə elan edilib.