Hərbi əməliyyatlar nəticəsində Ukrayna iqtisadiyyatına dəyən ziyan 700 milyard dolları ötüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmiqal hökumətin iclasında bildirib.

"Biz Dünya Bankı ilə Ukraynanın tezliklə bərpası ehtiyacları ilə bağlı növbəti yoxlama aparmağı planlaşdırırıq. İnfrastrukturumuza edilən son hücumları nəzərə alsaq, bu gün bu məbləğ 700 milyard dollardan çoxdur", - Baş nazir açıqlayıb. 

Ağarza Elçinoğlu