Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yonq Ho və digər dörd diplomat 2022-ci ilin yayında və ya payızında edam edilib.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri" qəzeti məlumat verib. 

Mənbələr etiraf edirlər ki, KXDR-in Böyük Britaniyadakı səfirliyinin işindəki bəzi "problemlər" diplomatların edam edilməsinə səbəb ola bilər. Çünki bütün edam edilənlər müxtəlif vaxtlarda orada işləyirdilər. Li Yonq Ho isə 2016-2020-ci illərdə səfirliyin rəhbəri vəzifəsində çalışıb.

Ağarza Elçinoğlu