Türkiyədə iki hərbçi yol qəzası nəticəsində həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Harun Uğur və Halil Sultan Konyada avtomobil qəzasında dünyalarını dəyişiblər. Daha iki hərbçi xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.