2019-2022-ci illərdə Braziliyanı idarə etdikdən sonra son seçkiləri uduzan ifrat sağçı lider Jair Bolsonaro ölkədən qaçaraq ABŞ-a gedib.

"Unikal" xəbər verir ki, xələfinin andiçmə mərasiminə qatılmayan Bolsonaro ABŞ-da bir "fast-food" şəbəkəsində yemək yeyərkən görüntülənib.

Sosial mediada paylaşılan foto və videolarda bölgədə yaşayan bəzi amerikalıların Bolsonaroya dəstək mesajı verdiyi və əl sıxaraq alqışladığı görünür. Bolsonaronun məşhur atlet Xose Aldo da Silvanın Orlandodakı lüks evində qaldığı açıqlanıb.

Gülayə Mecid