"BMT Ukraynadakı münaqişənin beynəlxalq hüquq əsasında dayandırılmasına kömək etməyə hazırdır"  .

"Unikal" xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Biz beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bu müharibənin sona çatmasını istərdik və tərəflərə bu məqsədə çatmaqda kömək etməyə hazırıq” deyə Düjarrik qeyd edib .

Baş katibin nümayəndəsi bu sözlərlə Türkiyənin münaqişənin həllində vasitəçi olmağa hazır olduğunu ifadə etməsinə münasibət bildirib.

Yanvarın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə Ukraynadakı vəziyyəti və münaqişənin həlli yollarını müzakirə edəcəyini bildirib.

Daha sonra o , Ukrayna rəhbəri ilə telefon danışığında Rusiya ilə Ukrayna arasında sabit sülhü təmin etmək üçün moderator və vasitəçi missiyasını öz üzərinə götürməyi təklif  edib.