ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq.

"Unikal" xəbər verir ki, Pentaqon bu barədə xəbəri təsdiqləyib.

Bildirilib ki, ABŞ Ukraynaya “Bradley” BMP-lərinin də daxil olduğu yeni hərbi yardım paketini elan edəcək.

ABŞ, eyni zamanda, Ukrayna silahlı qüvvələrinə “Bradley” piyada döyüş maşınlarından istifadə etmək və onu saxlamaq üçün təlimlər keçəcək.