Yaponiyanın Baş naziri Fumio Kişida Avropaya səfəri zamanı Ukraynaya da səfərə dəvət alıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin katibi Hirokazu Matsuno deyib.
Yanvarın 4-də Yaponiya səfirinə dəvəti Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak təqdim edib.
"Yaponiya Ukrayna vətəndaşlarını dəstəkləyir və bu il G7 ölkələri qrupunun rəhbəri kimi müvafiq addımlar atır", - Matsuno bildirib.
Yaponiyanın baş naziri Kişida Fumio daha əvvəl bildirib ki, beynəlxalq ictimaiyyət koronavirus pandemiyası və Ukraynada “dünya nizamına tamamilə təsir edən” hərbi əməliyyatlar səbəbindən hazırda tarixi “dönüş nöqtəsində” dir.