"Rusiya Ermənistanın KTMT təlimlərinin keçirilməsindən imtinası ilə bağlı mövqeyinin təfərrüatlarını aydınlaşdıracaq.
"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, KTMT-nin Ermənistanda planlaşdırılan təlimləri başqa ölkələrin ərazisində də keçirilə bilər.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünki iclasında Ermənistanın KTMT təlimlərini keçirməkdən imtina etdiyi açıqlayıb.
Gülayə Mecid