Bakıda avtomobil beton maneəyə çırpılıb. 

"Unikal" xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Hyundai Santafe" markalı avtomobil beton maneəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır. 

Seymur Əli