Ağcabədi rayonunda 43 yaşlı kişini avtomobil vurub.

"Unikal" xəbər verir ki, 1980-ci il təvəllüdlü Hüseynov Səbuhi Atəş oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya catdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.