Sahibsiz itlər şəhid ailəsinə xeyli ziyan vurub.

"Unikal" xəbər verir ki, hadisə Qax rayonunun Almalı kəndində baş verib. Belə ki, kənd sakini Bünyadov Asif Nurullah oglunun həyətinə girən iki sahibsiz it əvvəlcə ev sahibəsinə daha sonra isə həyətdəki qoyunlara hücum çəkərək onlardan ikisini parcalayaraq məhv edib.

Qeyd edək ki, Asif Bünyadov İkinci Vətən Müharibəsi şəhidi Rəvan Bünyadlının atasıdır.