Göyçay rayonunda yanğın hadisəsi olub.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini İbrahimov Bilal Vəzir oğluna məxsus ümumi sahəsi 160 kvadratmetr olan mal-qara tövləsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı tövlə tamamilə yanaraq yararsız hala düşüb. Bundan əlavə iki baş inək, 45 baş ev quşu, sayı 825 ədəd olan 33 ton ot bağı yanaraq tələf olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov