Göygöldə qəza olub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Kamaz" markalı yük maşını "Opel"markalı minik maşını ilə toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov