Qızılağac Milli Parkının ərazisində çöl donuzu ovlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşlarının qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində birgə keçirdikləri növbəti tədbir zamanı Milli Parkın ərazisində çöl donuzu ovlayan Masallı rayon sakini Fuad Nəsrullayev saxlanılıb. Ondan qanunsuz olaraq ovladığı 2 ədəd çöl donuzu və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.