Rusiyalı milyarder Roman Abramoviç Çelsi Futbol Klubunun satışından Ukraynaya 2,3 milyard funt sterlinq (2,8 milyard dollar) verəcək.
"Unikal" xəbər verir ki,bu barədə “The Telegraph” məlumat yayıb.
2022-ci il martın 2-də Abramoviç ingilis klubunun satışından əldə olunan gəliri könüllü olaraq Ukraynadakı döyüşlərdə həlak olanların ailələrinə və zərərçəkənlərə yardım üçün xüsusi fonda köçürəcəyini açıqlamışdı.Milyarder qeyd edib ki, söhbət təkcə hərbi əməliyyatlardan zərər çəkənlərə birbaşa maliyyə yardımından deyil, həm də dağılmış infrastrukturun bərpası prosesinə maliyyə dəstəyindən gedir.
Oliqarx öz növbəsində, RBC-yə bildirib ki, "söhbət hər tərəfdən münaqişədən təsirlənənlərin hamısından gedir: ruslar, ukraynalılar, DXR və LPR qurbanları".
Abramoviç "Çelsi"ni 2003-cü ildə 140 milyon funt-sterlinqə alıb.O vaxtdan bəri London klubu 5 dəfə Premyer Liqa, 2 dəfə Çempionlar Liqası və 2 dəfə Avropa Liqası, 5 dəfə İngiltərə kuboku və 3 dəfə İngiltərə Liqa kubokunun qalibi olub. 2022-ci ilin may ayında London Futbol Klubunun mətbuat ofisi Todd Bowley konsorsiumuna satışını elan edən bir açıqlama verib.