Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir sıra ölkələrin konsulluqlarının bağlanması ilə bağlı məsələyə aydınlıq gətirib.
"Unikal" xəbər verir ki, nazir ölkələrin bu addımının məqsədli olduğunu bildirib.
"Terror təhdidi varsa bunu bizə demələri lazım deyil? Daxili İşlər Nazirliyimizdən, kəşfiyyatımızdan soruşuruq. Konkret məlumat mübadiləsi, kəşfiyyat paylaşımı yoxdur. Düşünürük ki, bu bəyanatlar məqsədyönlüdür”, Çavuşoğlu əlavə edib.