Rusiya prezidenti Vladimir Putin Stalinqrad döyüşünün ildönümündə Volqoqrada səfər edib.
"Unikal" Britaniyanın "Mirror" nəşrinə istinadən xəbər verir ki, Putin bölgəyə "nüvə çantası" ilə gedib.
"Əlində nüvə reaktorunu işə salacaq çamadan olan hər iki köməkçi İkinci Dünya Müharibəsində həlak olan sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin əbədi məşəli önünə gülqoyma mərasimi zamanI Rusiya liderinin yanında olublar", - nəşr qeyd edib. Lakin onlardan yalnız biri "nüvə çamadanı" olub.
Putin memoriala zirehli "Arus" limuzini ilə, təcili yardım da daxil olmaqla 25 maşından ibarət kortejlə daxil olub.
Əraziyə snayperlər nəzarət edib və Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarova yalnız doqquz günlük karantindən sonra Putinlə görüşə icazə verilib.
Ağarza Elçinoğlu