Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması və ya azad edilməsi ilə bağlı vəsatəti təmin etməyib.
"Unikal" xəbər verir ki, bu gün təxminən 2 ay davam edən məhkəmə dinləmələrinin sonuncu iclası keçirilib.Hakim Giorgi Arevadze Mixeil Saakaşvilinin həbsdə saxlanılmasına qərar verib.
Mixeil Saakaşvili iclasdan sonra etdiyi “Facebook” paylaşımında məhkəmənin qərarını özünün “ölüm hökmü” adlandırıb və ölümcül xəstəliklərlə həbsdə saxlanılacağını qeyd edib.