Türkiyə millisinin futbolçu Merih Dəmiral Kriştiano Ronaldonun imzalı formasını hərraca çıxarıb.
"Unikal" xəbər verir ki, gəlir zəlzələ zonasına köçürüləcək.
“Atalanta”da çıxış edən milli futbolçu Merih Dəmiral Türkiyədə baş verən zəlzələlərə görə Kriştiano Ronaldonun çox üzüldüyünü bildirib.
Dəmiral Ronaldo ilə danışdığını deyərək, "Çox üzüldüyünü söylədi. Ronaldonun imzalı formasını kolleksiyamdakı hərracla satışa çıxarırıq" dedi.
Milli futbolçu onu da bildirib ki, hərracdan əldə olunan gəlirin hamısı zəlzələ bölgəsində istifadə edilmək üçün Ahbap-a bağışlanacaq.
O, hərracda iştirak etmək üçün nə etmək lazım olduğunu belə izah edib:
"İştirak etmək üçün qeyd edə bilərsiniz, DM və ya [email protected] e-poçtu vasitəsilə @TeamDemiral ilə əlaqə saxlaya bilərsiniz."
Az önce @Cristiano ile konuştum.
— Merih Demiral (@Merihdemiral) February 7, 2023
Türkiye'de yaşananlara çok üzüldüğünü söyledi. Ronaldo'nun koleksiyonumdaki imzalı formasını açık artırma usulüyle satışa çıkarıyoruz.
Açık artırmadan elde edilecek gelirin tamamı deprem bölgesinde kullanılmak üzere @ahbap 'a bağışlanacaktır. pic.twitter.com/OwnU93oShJ