ABŞ Prezidenti Co Baydenə ukraynalı həmkarı Volodimir Zelenski ilə Kiyevdən kənarda görüşmək təklif edilib. Lakin o, bundan imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri Ağ Evin adı açıqlanmayan yüksək vəzifəli məmuruna istinadən məlumat yayıbş
Bildirilir ki, Ukraynaya səfəri ərəfəsində Baydenə Vladimir Zelenski ilə görüşmək üçün məkan olaraq bir neçə variant təklif olunub ki, bunların sırasında Polşa-Ukrayna sərhədi və Ukraynanın qərbində, nisbətən təhlükəsiz hesab edilən Lvov şəhəri yer alıb.
Buna baxmayaraq, Bayden Kiyevdə Zelenski ilə görüşəcəyini bildirib.