"Mart ayında Hatayda 40 426, Kahramanmaraşda 45 067, Adıyamanda 25 882, Qaziantepdə 18 544 mənzilin inşasına başlanılacaq".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, mart ayında Elazığda 3 750, Adanada 2 500, Kilisdə isə 250 mənzilin inşası həyata keçiriləcək.