"Biz Türkiyənin Yunanıstan, Ermənistan və İsraillə münasibətləri yaxşılaşdırmaq üçün atdığı müsbət addımları çox yüksək qiymətləndiririk".
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Türkiyə və ABŞ qlobal terrorizmlə mübarizədə, Balkanlarda, Qafqazda və dünyanın digər qaynar nöqtələrində sülhün təşviqində də əməkdaşlıq edir. Biz Türkiyənin Yunanıstan, Ermənistan, İsrail ilə münasibətləri yaxşılaşdırmaq üçün atdığı müsbət addımları çox yüksək qiymətləndiririk - onların vətəndaşları, yeri gəlmişkən, zəlzələdən sonra Türkiyədən olan həmkarları ilə çiyin-çiyinə işləyirlər. Və biz çox yaxın müdafiə əməkdaşlığımızı davam etdirməyə sadiqik” - Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə mətbuat konfransında bildirib.