Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə Ankarada keçirdiyi mətbuat konfransında Türkiyə tərəfinin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu bildirib .
"Unikal" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .
“İsveç parlamentimizi və xalqımızı razı salmaq üçün nə qədər tez hərəkətə keçsə, bir o qədər (daha tez) belə addımlar atılacaq" - deyə Çavuşoğlu bildirib.
İsveçin baş naziri Ulf Kristersson bildirib ki, ölkə hakimiyyəti Türkiyənin Stokholm və Helsinkinin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətləri ilə bağlı danışıqları davam etdirmək niyyətini müsbət qiymətləndirir .