Müharibə zamanı Ukraynada baş verən hadisələr, cəbhə bölgəsindən reportajlar - bütün bunları minlərlə media nümayəndəsi dünya ictimaiyyətinə çatdırır, onlardan bir neçəsi iş yerində həlak olub, çoxları yaralanıb və zorakılığa məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə “Sərhədsiz Reportyorlar” təşkilatı hesabat hazırlayıb.
Ötən il fevralın 24-dən bu yana 12 minə yaxın ukraynalı və xarici jurnalist Ukraynadakı müharibəni işıqlandırmaq üçün akkreditasiya alıb.
"Onların çoxu baş verənləri sənədləşdirmək üçün həyatlarını riskə atıblar: onlar şiddətli döyüşlərin getdiyi bölgələrdən məlumat veriblər, bəziləri isə Rusiya qüvvələrinin hədəfinə düşüb. İlk üç ayda 8 KİV əməkdaşı peşə borcunu yerinə yetirərkən həlak olub", - hesabatda deyilir.