Çin prezidenti Si Cinpin yaxın gələcəkdə Rusiyaya səfər edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə çərşənbə axşamı mənbələrə istinadən The Wall Street Journal məlumat yayıb .
Onların sözlərinə görə, nəzərdə tutulan səfərin planlaşdırılması ilkin mərhələdədir, tarixlər hələ müəyyən edilməyib. Ola bilsin ki, səfər aprel və ya mayda baş tuta bilər. Qəzetin mənbələrinə görə, Çin prezidenti çoxtərəfli sülh danışıqlarını dəstəkləmək və nüvə silahından istifadənin yolverilməzliyinə işarə etmək niyyətindədir.