Moldovanın yeni baş naziri Dorin Recean Rusiyanı ölkə ərazisində qeyri-qanuni yerləşdirdiyi silahları və hərbçiləri çıxarmağa çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.
“Moldova Dnestryanı münaqişəsini sülh yolu ilə həll etməyi öhdəsinə götürür. Bu o deməkdir ki, Rusiya silah və texnikanı təxliyə etməlidir. Rusiya dəfələrlə bu öhdəliyi üzərinə götürüb, onun yerinə yetirməsi vacibdir”, - deyə Recean bildirib.
Qeyd edək ki, Dnestryanıda Rusiya qoşunlarının əməliyyat qrupu 1995-ci ildən mövcuddur, Kişinyov dəfələrlə rus qoşunlarının çıxarılmasını tələb edib.