ABŞ-ın Florida ştatında qaynaq zavodunda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə NBC telekanalının regional bölməsi yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, çərşənbə axşamı səhər saatlarında idarəetmə otağına qaynaq zavodunda partlayış olması barədə məlumat daxil olub. Təxminən saat 10:00-da yanğın söndürülüb, söndürülərkən alov yaxınlıqdakı avtomobillərə də keçib.

Telekanalın məlumatına görə, bütün zərərçəkənlərə tibbi yardım göstərilib.

Polis hadisənin səbəblərini araşdırır.