Moskvanın mərkəzində, Mezhdunarodnaya küçəsində yerləşən MKM otelinin binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb, onlardan ikisi uşaqdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Yanğın nəticəsində altı nəfər - dörd böyük və iki uşaq həlak olub", - mətbuat xidmətindən bildiriblər.

00:28

Moskvada “MKM” otelində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Beynəlxalq küçə, 15 ünvanında yerləşən 17 mərtəbəli binada baş verib.

 200 nəfər təxliyə edilib. 

Prokurorluq yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı yoxlamaya başlandığını elan edib.