Suriyada zəlzələdən sonra dağıntılar altında doğulan körpə övladlığa götürülüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ailənin sağ qalan yeganə üzvü olan qız uşağını əmisi övladlığa götürüb.
Xilas ediləndə hələ də anasına göbək bağı ilə bağlı qalan körpəni minlərlə insan övladlığa götürməyi təklif edib. Həkimlər körpənin səhhətinin yaxşı olduğunu bildiriblər.
Uşağa mərhum anası Afranın adı verilib.
Ağarza Elçinoğlu