Ukrayna prezidenti Vlolodimir Zelenski fevralın 24-nə planlaşdırılan G7 onlayn sammitinin başlanğıcında iştirak edəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna lideri Yaponiya Nazirlər Kabinetinin katibi Hirokazu Matsuno tərəfindən salamlama nitqinə dəvət olunub.
"Görüşün əvvəlində Ukrayna prezidenti Zelenskinin iştirakı planlaşdırılır", - deyə o bildirib.
Matsuno qeyd edib ki, Ukrayna münaqişəsi, Rusiyaya qarşı sanksiyalar və Kiyevə yardım sammitin əsas mövzusu olacaq.
Ağarza Elçinoğlu